Qısa məzmun
Elektron Hökumətin İnkişafı Mərkəzi Proqram təminatı departamentinin Biznes analitika şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Layihə öncəsi yoxlamaların aparılması, sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili;
- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının və məqbul texnologiyaların ekspertizasının aparılması;
- Sifarişçinin tələblərini, istəklərini və imkanlarını nəzərə alaraq, məlumat və proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri;
- İnformasiya sistemləri/proqram təminatının işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki təklif, texniki tapşırıq və digər təhlil sənədlərinin hazırlanması;
- Qurulan modellər üzrə sifarişçi üçün təqdimatların keçirilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə iş təcrübəsi ən azı 2 (iki) il;
- İngilis və rus dilləri üzrə biliklər (ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək);
- Modelio, StarUML, Balsamiq Wireframes, Jira, MS Office Visio proqram təminatlarını yaxşı bilmək.
Oxşar vakansiya siyahısı:
Middle DevOps Engineer
Job Summary: As a DevOps Engineer, you will be responsible for designing, implementing, and maintaining our infrastructure and CI/CD pipelines. You will collaborate with ...
600 — 800 ₼
Proqram Layihəsinə Dəstək üzrə MütəxəssisAzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...