Biznes proseslərinin təhlili şöbəsində Biznes Analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank Biznes proseslərinin təhlili şöbəsində Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir.

İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Biznes tələblərinin idarəedilməsi departamentinin Biznes proseslərinin təhlili şöbəsində Biznes Analitik” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Biznes analitik” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az  ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Biznes tələblərinin idarəedilməsi departamenti, Biznes proseslərinin təhlili şöbəsi
Vəzifə: Biznes Analitik
Bilavasitə tabeçiliyi: Şöbə meneceri, Departament rəhbəri

Vəzifə öhdəlikləri:

  • Layihə sifarişlərinin toplanması və baxılması;
  • Layihələrin idarə edilməsinə dəstək olmaq;
  • Layihələrin gerçəkləşməsinə mane olan problemlərin həllində iştirrak etmək;
  • Layihənin şərtləri və ya büdcəsi təsdiq olunmuşdan artıq dəyişdiyi halda, layihə sənədləşmənin düzəldilməsi və hazırlanması;
  • Təsdiq olunmuş layihə sənədləşmənin layihələrinin icrasının uyğunluğunun monitorinqi və cari nəzarətini həyata keçirmək;
  • Sistemlərindəki dəyişikliklərə dair tələblərin təhlil edilməsi;
  • Mövcud və yeni məhsullar arasında qarşılıqlı asılılığın yoxlanılması;
  • Layihələr üzrə hesabatların tərtibi;
  • Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək;
  • Daxili və xarici müştərilərlə işgüzar münasibətləri təmin etmək və təkmilləşdirmək;
  • Mövcud prosseslərin səmərəliliyi və mümküm olan optimizasiyasının auditinə dəstək;
  • Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması;
  • Layihələrin effektiv realizasiyasını, əlaqələndirməsini və idarəetməni təmin edilməsinə dəstək olmaq;
  • Layihələrin gerçəkləşməsi çərçivəsində Bankın bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi;
  • Layihələrin gerçəkləşməsi çərçivəsində bölmələrin qarşılıqlı əlaqəsi üzrə metodoloji və reqlametli sənədlərin və layihələrin tətbiqi metodologiyasının aktual vəziyyətdə dəstəkləməsi və işlənməsi;
  • Layihələrin metodologiyasının, prosedurların, idarəetmə reqlamentinin işlənməsi və riayətinə nəzarət;
  • Layihələrin birləşdirilmiş idarəetmənin təmin edilməsi;
  • Bankın proqram təminatlarının dəstəyi ;
  • Biznes prosesləri və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatı ilə əlaqələrini anlamaq və sənədləşdirmək;
  • Təklif olunan layihələrin miqyasını, faydalarını və risklərini optimallaşdırmaqda biznes istifadəçilərinə və İT rəhbərliyinə yardım olunması;
  • Layihələrin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfi / təchizatçıları əlaqələndirmək;
  • Bütün layihələrin vaxtında, əhatə dairəsi daxilində və büdcə çərçivəsində icrasını təmin etmək;
  • Layihələri biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək;
  • Verilən hədəf, vaxt və büdcə daxilində layihələri icra etmək;
  • Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq;
  • Risklərin idarə edilməsi (riskləri planlaşdırma, qiymətləndirmə, nəzarət və azaltma);
  • Layihə iclasları üçün məsuliyyət daşımaq (təqdimatların və status məlumatlarının hazırlanması, iclas gündəliyinin tərtib edilməsi məlumatların paylanması, sənədlərina
  • xtında yenilənməsi, qeydlərin göndərilməsi).

Tələblər:

  • İnformasiya texnologiyaları, riyaziyyat və ya digər müvafiq sahələrin bakalavr dərəcəsi;
  • Microsoft office, bank və digər xüsusi proqramların istismarı;
  • Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları;
  • Çox tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək;
  •  Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı