Biznes analitik
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur.

“Aznet Technologies” QSC telekommunikasiya sektorunda fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biri olaraq Biznes Analitik vakansiyası üzrə peşəkar və analitik düşüncəyə sahib namizədləri komandasına dəvət edir.

Əmək haqqı: 2000 – 2500 AZN (net)

Əsas vəzifə öhdəlikləri:

  • Biznes tələblərinin toplanması və cari proseslərin təhlili, optimallaşdırılması;
  • Telekommunikasiya sektoruna xas olan OSS/BSS sistemləri, CRM, billing platformaları və digər texniki sistemlər üzrə tələblərin müəyyən edilməsi və sənədləşdirilməsi;
  • Texniki tapşırıqların və spesifikasiyaların hazırlanması;
  • İstifadəçi qəbul testlərinin (UAT) planlanması və icrası;
  • Abunəçi davranışı, xidmət istifadəsi və müştəri təcrübəsinə dair dataların təhlili və trendlərin müəyyən edilməsi;
  • Məhsul sahibləri, inkişaf komandası və texniki heyətlə sıx əməkdaşlıq;
  • Layihələr üzrə biznes tələblərin analizi və sənədləşdirilməsi;
  • Proses, dizayn və data modellərinin hazırlanması;
  • Dəyişikliklərin izlənməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi;
  • Proses diaqramlarının (flowchart) tərtibi və optimallaşdırılması;
  • Texniki tapşırıq, analiz sənədi, Use Case və User Story-lərin hazırlanması;
  • GAP analizi aparılması;
  • Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq optimal analitik həllərin təklif olunması;
  • Müştəriyə dəyər yaradan “Order-to-Cash”, “Fault-to-Resolution” kimi əsas proseslərin optimallaşdırılması;
  • Sistem dizaynı və tələblərin müəyyən edilməsi, dizayn mərhələlərində iştirak.

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, İT, kompüter elmləri və ya əlaqəli sahələr);
  • Microsoft Visio, Jira, Confluence, Draw.io, Figma kimi alətlərlə işləmə bacarığı;
  • Agile və ya Waterfall layihə idarəetmə metodologiyaları üzrə biliklər;
  • Minimum 2 il iş təcrübəsi, bunun azı 1 ili İT və ya telekommunikasiya layihələri sahəsində;
  • Azərbaycan dili – əla, İngilis və Rus dilləri – yaxşı səviyyədə;
  • BA və ya IT üzrə beynəlxalq sertifikatlar üstünlükdür;
  • Yüksək analitik və məntiqi düşüncə qabiliyyəti;
  • ISP sahəsində ARPU, churn, NPS, SLA göstəriciləri kimi əsas biznes göstəriciləri üzrə anlayış;
  • Şəbəkə komponentləri (GPON, xDSL, router, switch və s.) barədə baza biliklərinin olması üstünlükdür;
  • Vaxtın idarə olunması, təşkiletmə və təqdimat bacarıqları;
  • Detallara qarşı diqqətlilik və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Həftəiçi 09:00 – 18:00
  • İstirahət: Şənbə və bazar günləri
  • Rəsmi əmək müqaviləsi – AR Əmək Məcəlləsinə uyğun olaraq
  • İş yeri: Çinar Park Biznes Mərkəzi, 4-cü bina

CV göndərmək üçün: cv@az-net.az

E-mail mövzu hissəsində “Biznes analitik” qeyd olunması mütləqdir.

 

Oxşar vakansiya siyahısı:

1200₼
Şəbəkə inzibatçısı

Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

06.08.2025 - Bakı

Middle Android developer

AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...

AzInTelecom

16.07.2025 - Bakı