Biznes analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1200-1700 AZN. E-mobile Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı olmalıdır.

İş barədə məlumat:

  • Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
  • İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi
  • İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması
  • Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi
  • İstifadəçi tələblərinin analizi nəticəsində Sistem Tələblərinin Spesifikasiyasının (Analiz sənədi) hazırlanması və müştəri ilə razılaşdırılması
  • Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
  • Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
  • Əmək haqqı 1200-1700 AZN. (Namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək)

Namizədə tələblər:

  • Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
  • İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 1 il iş təcrübəsi
  • Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə
  • Proqramlaşdırmanın və VBİS-nin əsaslarını bilmək
  • İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;
  • Sistem Tələblərinin Spesifikasiyası (Analiz və Dizayn sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
  • Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı

Oxşar vakansiya siyahısı:

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı