Biznes analitik
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ferrum Capital Biznes analitik vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Biznes analitik vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

  • IV kurs bakalavr tələbələri
  • Magistr Tələbələri
  • Yeni Məzunlar

Hansı özəlliklərə malik olmalıdır?

  • Excel üzrə biliklər (orta/yüksək səviyyədə)
  • Tableau və ya Microsoft Power BI bilikləri
  • Yüksək səviyyədə Azərbaycan və İngilis dili biliyi
  • Analitik düşüncə
  • Yüksək biznes anlayışı
  • Statistik biliklər
  • Detallara qarşı diqqətlilik

Biznes analitik nə iş görür?

  • Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi
  • Şirkət fəaliyyətinə dair məlumatların təhlillinin həyata keçirilməsi
  • Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi
  • Müştərilərin və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 09:30 – 18:30
  • Şənbə: 10:00 – 14:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Biznes analitik” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı