Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank of Baku Biznes analitik vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- İstifadəçi tələblərinin toplanması üçün bank əməkdaşları ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
- Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, uml diaqramlar, istifadəçi təlimatları) hazırlanması;
- Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
- Proqramlaşdırma mərhələsində sistemin tələbləri və analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
- Hazırlanmış proqram təminatlarının və yeni funksionallıqların testlərinin aparılması.
Tələblər:
- İnformasiya texnologiyaları və ya maliyyə ixtisasları üzrə ali təhsil;
- Biznes analitik kimi ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər;
- Kompüter bilikləri: MS Word, MS Excel, MS Project, MS Visio;
- Task Management sistemlərinin hər hansı biri ilə işləmə bacarığı (Jira, trello və s.);
- Wireframe, mockup, prototyping alətlərindən istifadə etmək bacarığı;
- SQL üzrə biliklər;
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması;
- Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması;
- İş yükünü prioritetləşdirə bilmək, həmçinin müstəqil və komanda şəklində işləmək bacarığının olması.
- İş qrafiki: 5 iş günü, 09:00-18:00
- İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Biznes analitik qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir. ...
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...