Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank of Baku BI Developer vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Bankda tətbiq olunan proqram vasitələrinin dəstəklənməsinin təmin edilməsi
- SQL və T-SQL skriptlərinin, funksiyalarının yazılması və test edilməsi
- BI alətlərinin tətbiqi, iş prosesinin qurulması və nəzarət edilməsi
- Hesabatların tərtib edilməsi üçün məlumat bazasının arxitekturasının yaradılması
- Məlumatların periodik yüklənməsi üçün JOB, Trigger, prosedur və funksiyalarının yaradılması və işinə nəzarət etmək
- Data Mart/Data Warehouse və ümumi BI mühiti üçün praktiki məlumat bazasının modelləşdirilməsinin təmin edilməsi
- Məlumatların keyfiyyətli emalına nəzarət etmək, məlumatların təmizlənməsi və ETL fəaliyyətlərinin yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
- Sahə üzrə 3 ildən çox iş təcrübəsi
- SQL və T-SQL üzrə biliklər
- Oracle BI üzrə təcrübə
- Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması
- Təşəbbüskar olmalı
İş qrafiki: 5 iş günü, 09:00-18:00
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində BI Developer qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...