Beynəlxalq Münasibətlər Üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Topchubashov Center şirkəti Beynəlxalq Münasibətlər Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Həvalə olunmuş region/tematika üzrə hadisə və prosesləri gündəlik əsasda izləmək;
  • Analitik rəy, məqalə və hesabatlar yazmaq, eləcə də Mərkəzin video-kontentinin hazırlanmasında iştirak etmək;
  • Müraciət olunduğu təqdirdə digər media orqanları, beyin mərkəzləri, təşkilat və şirkətlərə müsahibələr vermək, eləcə də yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək.

Tələblər:

  • Beynəlxalq münasibətlər, siyasi elmlər, regionşünaslıq, təhlükəsizlik, siyasi iqtisad, beynəlxalq hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
  • Araşdırma, analitik yazı və təqdimat bacarıqları;
  • Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyəti (əlavə olaraq rus, fransız, alman və digər Avropa dillərini bilənlərə üstünlük veriləcək);
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya;
  • MS Office, Google Drive və onlayn axtarış sistemləri üzrə təcrübə.
  • 20-30 yaş qrupuna aid olan və aşağıdakı istiqamətlər üzrə ixtisaslaşmış namizədlərə üstünlük veriləcək:
  • Avropa İttifaqı institutları və mexanizmləri, eləcə də Şərq Qonşuluğu siyasəti;
  • Beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyəti;
  • “Şərq Tərəfdaşlığı”, xüsusilə Cənubi Qafqaz regionunda hərbi-siyasi təhlükəsizlik məsələləri.

Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) və yazı nümunələrini (mövcud olduğu təqdirdə) göndərmələri xahiş olunur.

Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 20 may 2022.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı