Beynəlxalq əlaqələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bakı Tekstil Fabriki Beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin, habelə onlardan irəli gələn öhdəliklərin Müəssisənin fəaliyyət istiqamətləri üzrə ekspertizasının həyata keçirilməsində iştirak etmək;
  • Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;
  • Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında, həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək;
  • Müəssisənin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində şöbə müdirinə təkliflər təqdim etmək;
  • Xarici dövlətlərin müvafiq qurumlarından və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq;
  • Xarici dillərdə daxil olan məlumatları tərcümə etmək və müvafiq qaydada rəhbərliyə təqdim etmək;

Tələblər:

  • Beynəlxalq münasibətlər,  beynəlxalq hüquq, politologiya, regionşünaslıq ixtisasları üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
  • Mükəmməl səviyyədə Azərbaycan və rus dili biliyi, yaxşı səviyyədə ingilis dili biliyi
  • Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı
  • İşgüzar yazışmaların aparılması bacarığı
  • Analitik düşünmə bacarığı
  • Problem həlletmə bacarığı
  • Planlama və zamanın idarəolunması
  • Situativ qərarvermə

Digər:

  • Əmək haqqı: Müsahibə əsasında
  • İş qrafiki: 6 gün, 09:00 – 18:00

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə hr@btf.az meil ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq əlaqələr üzrə mütəxəssis) qeyd edin.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı