Beynəlxalq münasibətlər üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

CRESCENT Araşdırmalar Mərkəzi Beynəlxalq münasibətlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Region: Yaxın Şərq
  • Həvalə olunmuş region/tematika üzrə hadisə və prosesləri gündəlik əsasda izləmək;
  • Analitik rəy, məqalə və hesabatlar yazmaq, eləcə də Mərkəzin video-kontentinin hazırlanmasında iştirak etmək;
  • Müraciət olunduğu təqdirdə digər media orqanları, beyin mərkəzləri, təşkilat və şirkətlərə müsahibələr vermək, eləcə də yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək.

Tələblər:

  • Beynəlxalq münasibətlər, siyasi elmlər, regionşünaslıq, təhlükəsizlik, beynəlxalq hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
  • Araşdırma, analitik yazı və təqdimat bacarıqları;
  • Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya;
  • MS Office, Google Drive və onlayn axtarış sistemləri üzrə təcrübə.
  • Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) və yazı nümunələrini (mövcud olduğu təqdirdə) info@crescenter.org ünvanına göndərmələri xahiş olunur.

Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 15 noyabr 2024-cü il

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...