Qısa məzmun
Ə/h razılaşma yolu ilə. North West Construction Beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və türk dillərini yüksək səviyyədə bilməlidir.
Vəzifə Öhdəlikləri:
- Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması;
 - Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
 - Xarici və daxili bazar araşdırmaları,
xarici şirkətlərin əməkdaşlığa cəlb edilməsi; - Təchizatla bağlı beynəlxalq danışıqlar aparmaq; Logistik əməliyyatların aparılması və nəzarət;
İşlə bağlı yazılı və şifahi tərcümələr etmək; Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək; - Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisə cədvəllərinin sənədləşdirilməsi və təchizatçıları texniki və mliyyə dərəcələrə görə qruplaşdırılıması;
 - Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
 - Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
 - Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
 - Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması
 
Tələblər:
- İqtisadi/beynəlxalq iqtisadi əlaqələr üzrə ali təhsil;
 - Beynəlxalq əlaqələr sahəsində ən azı 2 il iş təcrübəsi;
 - Dil bilikləri: ingilis və türk dillərini yüksək səviyyədə bilməli
 - Planlaşdırma, analiz və idarəetmə bacarığı;
 - Logistik aspektləri yüksək səviyyədə bilməli;
 
Zəhmət olmasa, CV / CV-inizi “Beynəlxalq əlaqələr üzrə mütəxəssis” mövzusu ilə info@nwproduction.az elektron ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...