Qısa məzmun
PASHA Bank Bazar Risklərin İdarəedilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lh8vf6yhb
Təsvir
İşiniz nədən ibarətdir?
- Bankın bazar və likvidlik risklərinin idarə edilməsinə aid olan daxili siyasət və prosedurları barəsində dərindən məlumat
- Kəmiyyət modellərinin inkişafı, yenilənməsi və tətbiqi üçün çərçivənin inkişafına dəstək vermək (məsələn, statistik əsas ölçmə metodları, həssaslıq analizi, ssenari analizi və s.)
- Pul bazarı, istiqraz, kapital və derivativ ticarəti üçün limitlərin monitorinqi, ölçülə bilən risklərin təsdiq olunmuş limitlər daxilində olmasını təmin etmək
- Bankın valyuta və faiz dərəcələri risklərindən qorunma strategiyalarının metodoloji inkişaf prosesində nəzarət və dəstək göstərmək
- Bankın daxili bazar risk modellərinin nəticəsi əsasında daxili hesabatların idarə edilməsi (bazar riskinə məruz qalma tədbirləri arasındakı əlaqənin qiymətləndirilməsi də daxil olmaqla; risk altında olan dəyər, stress testləri və ticarət limitləri)
- Bazar riskini azaltma prosedurlarının koordinasiyası, onların icrasına nəzarət etmək
- İnkişaf etmiş risk siyasətləri və metodologiyalarının düzgün istifadəsinə nəzarət etmək
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr dərəcəsi.
- İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Xarici dillər: İngilis (səlis)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
- Bazar üzrə biliklər: Tələb olunur
- Texniki biliklər:
- Statistik modelləşdirmə üzrə biliklər
- R (data.table, tidyverse və.s), Power BI ilə sərbəst işləmə bacarığı
Oxşar vakansiya siyahısı:
KİB Kreditlərin İzlənməsi və Nəzarəti üzrə Kiçik Mütəxəssis / Mütəxəssis
PASHA Bank KİB Kreditlərin İzlənməsi və Nəzarəti üzrə Kiçik Mütəxəssis / Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Daxili auditor
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Daxili auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
900₼
Kredit satışı üzrə mütəxəssis ( Salyan )Aqrarkredit Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş Mühasib
Elmanado MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...