Qısa məzmun
Sirab ASC Bazar araşdırması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat yaxud idarəetmə sahəsində)
- Komputer bilikləri: MS Office – əla;
- Dil bilikləri: Azərbaycan dili- əla;
- Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən su və spirtli içkilər üzrə) minimum 1 il iş təcrübəsi;
- B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
- Keyfiyyət yönümlülük;
- Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Planlaşdırma və problem həll etmə bacarığı.
İş barədə:
- Bazar tələblərinin araşdırılması;
- Müştərilərin yaxından tanınması, onların vərdişlərinin və seçimlərinin öyrənilməsi;
- Satış nöqtələrində satış yönlü tədbirlərin, təqdimatların keçirilməsi;
- Satış nöqtələrində istifadə edilən marketinq alətlərinin satış rəqəmlərinə müsbət və ya mənfi təsirinin, hədəf kütləsində yaratmaq istədiyimiz davranış dəyişikliyinin təmin edilib edilmədiyinin ölçülməsi;
- Şatış sonrası proselərin izlənilməsi;
- Rəfdə məhsulların çeşidlərinin mövcudluğuna nəzarət edilməsi;
- İstehlakçılar və onların alış-veriş alışqanlıqları haqqında data toplanması;
- Toplanan datalar yönündə strategiyaların inkişaf etdirilməsi, məlumatların doğru dəyərləndirilərək müəyyən proqnozların verilməsi;
- Rəhbərliyə aylıq hesabatların təqdim olunması.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
- Yemək pulu və benzin pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- Həftənin 1 günü ofis daxili, digər günləri ofis xaricində olacaqdır.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı).
Müraciət forması:
- Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Şopper marketinq mütəxəssisi” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
- Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
- Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...