Bazar araşdırması üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home Bazar araşdırması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət üçün linkə daxil olun: https://qlor.me/l9vk0pfu

Təsvir

  • Təyin edilmiş marketinq araşdırması layihəsinin məqsədlərinin və bu məqsədlərə çatmaq üçün istifadə ediləcək ən yaxşı üsulların müəyyən edilməsi;
  • Anketlər, sorğular və digər məlumat toplama resurslarının hazırlanması;
  • Məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
  • Cari məhsul bazarı, müştəri demoqrafiyası, məhsul tələbinə təsir edən amillərlə bağlı məlumatların araşdırılması; mövcud məhsulların satışını və bazara nüfuzunu artırmaq üçün müvafiq tövsiyələr verilməsi;
  • Digər bazar iştirakçılarının fəaliyyət (qiymət, satış və marketinq metodologiyası) ilə bağlı məlumatların dövri olaraq toplanıb təhlil edilməsi;
  • Toplanmış məlumatlar əsasında marketinq və satış meyllərinin proqnozlaşdırılması və izlənməsi;
  • Rəhbərliyə nəticələr üzrə hesabatlar və təqdimatların təqdim edilməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Tələblər

  • Ali təhsil(Marketinq, statistika üzrə təhsil arzu olunandır);
  • Müvafiq sahə üzrə iş təcrübəsi – 2 ildən;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • Microsoft Power BI/Tableau üzrə biliklər;
  • Araşdırma və tədqiqat bacarıqları;
  • Statistikada nümunələri qeyd etmək bacarığı;
  • Təşkilati və təqdimat bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • Ünsiyyət və komandada işləmək bacarığı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı