Baytar Həkim
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1500 AZN. Atena MMC Baytar Həkimi vəzifəsi üzrə vakansiya elan edir. Baytarlıq ixtisası üzrə ali təhsil tələb olunur.

İş barədə məlumat:

  • İş yeri: Ağcabadi rayonu, Ağabəyli kəndi, – Atena Aqro MMC-nin ferması
  • İş şərtləri: Şirkət tərəfindən nahar və koprorativ xətt ilə təmin edilir.
  • İş qrafiki: I-VI
  • Əmək haqqı: müsahibə əsasında

Vəzifə öhdəlikləri:

  • İribuynuzlu heyvanları müayinə və müalicə etmək
  • Heyvanlardakı xəstəliklərin və zədələnmələrin diaqnozunu qoymaq və müalicə üsullarını müəyyənləşdirmək;
  • İribuynuzlu heyvanların terapevtik və cərrahiyə müalicəsini müəyyənləşdirmək
  • Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparmaq;
  • Hyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmaq;
  • Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət etmək və çoxalma proqramının həyata keçirilməsini təşkil etmək
  • Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparmaq, analiz üçün lazımi material götürmək və məhv edilməsinə nəzarət etmək
  • Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak etmək
  • Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil etmək
  • Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat vermək

Namizədə tələblər:

  • Təhsil: Baytarlıq ixtisası üzrə ali təhsil
  • Təcrübə: Baytarlıq üzrə minimum 3 illik
  • Cins: Kişi

Tələblərə cavab verən və regionda işləmək imkanı olan namizədlərdən mövzu başlığına vakansiyanın adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.

Oxşar vakansiya siyahısı:

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl