Qısa məzmun
Zirinc Group MMC Baş Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi,saxlanması və mühafizəsi üzrə əməliyyatların yerinə yetirilməsi;
- Xəzinəyə daxil olan vəsaitlərin əskinas və məbləğ üzrə (həftəlik, aylıq) analizlərinin aparılması;
- Banklara təqdim edilən vəsaitə uyğun əskinasların bölüşdürülməsi, analiz edilməsi;
- Kassa hesabatının tərtib edilməsi;
- Nağd pul və digər qiymətlilərin faktiki məbləği ilə kassa kitabındakı (Elektron excell cədvəldəki) qalıq məbləğin düzgünlüyünün yoxlanılması;
- Gündəlik kassa işləri, seyflərdən kassa zərflərinin toplanması və açılması, hesablanması və bütövlükdə bağlanması.
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
- Analoji sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi;
- Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı;
- Məsuliyyətli və işində dəqiq;
- Komandada işləmək bacarığı.
İş barədə məlumat:
- İş qrafiki: 6 günlük, 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: Müsahibə əsasında
Müraciət etmək istəyən əməkdaşlardan CV formalarını mövzu hissəsində “Baş Xəzinədar” qeyd etməklə asiman.xalilova@outlook.com mail ünvanına yönləndirməkləri və ya 051 944 89 43 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olun
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...