Baş mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Amal Group Baş mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Dil bilikləri əlavə üstünlük hesab olunur.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İnşaat mühəndisi, Mülki Tikinti mühəndisliyi, Mülki və Sənaye Tikintisi mühəndisliyi),
  • Kompüter bilikləri: MS Office proqramları, Autocad, digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: Yüksək mərtəbəli binaların tikintisi sahədə 5 ildən az olmayaraq iş stajı.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasının müəyyən edilməsində iştirak edir.
  • Tikinti obyektinin fəaliyyətinə texniki rəhbərliyi həyata keçirir;
  • Texniki sənədləşmənin vaxtında hazır olmasını təmin edir.
  • Müəssisənin texniki xidmətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.
  • Layihələrin plan- smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
  • Tabeliyində olan struktur bölmələr və müəssisənin digər bölmələri ilə kordinasiyasını düzgün təşkil edir;
  • Smetaya uyğun təchizat və tədarük proseslərinin dəqiq və keyfiyyətli təşkili üçün zəruri işlər edir;
  • Texniki nəzarət və tikinti sahələrinin mühəndis heyəti vasitəsi ilə layihələrin texniki spesifikasiyalara uyğun plan qrafik əsasında həyata keçirilməsini təmin edir;
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;

Bilik və bacarıqlar:

  • Tikintinin və onun sahələrinin iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;
  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını, əmrlərini və digər normativ hüquqi aktlarını;
  • Sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini;
  • Podrat müqavilələrin bağlanması və icrası qaydalarını.
  • İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
  • Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
  • Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “baş mühəndis” adını qeyd edərək göndərmələri xahiş olunur.
  • Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
  • Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

20.05.2024 - Bakı