Baş mühasib/Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

City Finance BOKT MMC Baş mühasib/Mühasibs vəzifəsi üzrə vakansiya elan edir.

Hansı özəlliklərə malik olmalıdır?

  • Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
  • 25-40 yaş;
  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
  • Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi;
  • Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanın idarə edilməsi və komandada işləmək bacarığı;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə bilikləri;
  • Qərarların qəbul edilməsi və üzərinə məsuliyyətin götürülməsi, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
  • ERP proqramlarında işləmək bacarığı;
  • 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarığı.

Baş mühasib nə iş görür?

  • Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
  • Mühasibat uçotu məlumatlarına dair Şirkətlərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
  • E-qaimələrin, ödəniş tələbnamələrinin, müqavilələrin, maliyyə çıxarışlarının və digər sənədlərin düzgünlüyünün yoxlanılması və müqayisə edilməsi, yarana biləcək qeyri müyyənliklər aydınlaşdırılması üçün təchizatçılar ilə əlaqə yaradılması, eyni zamanda təchizatçıların bütün sorğularının cavablandırılması;
  • Əməkdaşların təsdiq edilmiş xərc hesabatlarının yoxlanılması və avans sorğularına əsasən onlara ödənişlərin edilməsi;
  • Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
  • Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığının mütəmadi yoxlanılması və yeniliklərin təklif edilməsi;
  • Mərkəzi Bankın tələbinə uyğun Prudensial və Rəqəmsal balans hesabatlarının hazırlanması;
  • Bank qalıqları haqqında hesabatların tərtib edilməsi;
  • ERP platformasında müvafiq müxabirləşmələrin verilməsi;
  • Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablanması;
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması və təsdiq edilməsi;
  • Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Baş mühasib qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə