Baş mühasib müavini
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MSDIS Holding Baş mühasib müavini Vəzifəsi üzrə vakansiya elan edir.

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilinə və maddi, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə, mülkiyyətinin qorunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
  • İlkin mühasibat sənədlərinə, hesablaşmalara və ödəniş öhdəliklərinə, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinə və əsas fondların inventarlaşmasına, mühasibat uçotu və hesabatının təşkilinə və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə öz səlahiyyətləri çərçivəsində nəzarət etmək;
  • Ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
  • Müəyyən olunmuş hesablaşmalar üzrə mühasibat uçotunun aparılmasına, pul vəsaitlərinin hərəkətinə, mühasibat hesabatının formalaşdırılması üçün mühasibat sənədlərinin tərtibinə nəzarət etmək;
  • Göstərilən xidmətlərə görə hesablaşmaların vəziyyəti barədə tam və etibarlı mühasibat məlumatlarını təqdim etmək;
  • Müasir hesablama texnikası və mühasibat uçotu üzrə kompüter proqramlarının tətbiq edilməsi ilə mühasibat uçotunun proqressiv forma və metodlarını işləyib hazırlamaq;
  • İmzalanacaq müqavilələrin Azərbaycan Respublikası vergi, sosial sığorta, əmək və digər qanunvericiliklərin tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək.

Tələblər:

  • Yaş həddi: 27-45;
  • Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;
  • Maliyyə-mühasibat işi üzrə min 5 ildən az olmayaraq iş stajı;
  • Kompüterdə sərbəst işləyə bilmək (1C 8.3 , Elektron Hökümət Portalı), Office (Microsoft Word, Excel, PowerPoint);
  • Analitik bacarıqlara sahib olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq,sürətli qərar qəbuletmə bacarığına sahib olmaq;
  • Komandada işləmək bacarığına sahib olmaq.

İş haqqında məlumat:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş saatları: həftə içi 10.00-18.00, şənbə isə qısa iş günü.
  • Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcəkdir.
  • Ünvan: Nərimanov rayonu, Arif Heydərli 120-122.
  • Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Baş mühasib müavini” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə