Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bridge Group of Companies Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

1998-ci ildən bəri “Bridge Group of Companies“-ə daxil olan şirkətlər müxtəlif sahələrdə ixtisaslaşmaqla idarəetmə, inşaat, mehmanxana biznesi, satınalma, anbar və kənd təsərrüfatı sahələrində zəngin iş təcrübəsinə malikdirlər.
AgroBridge – istixana fəaliyyətı, meyvə və tərəvəz məhsullarının yetişdirməsi, bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin edən – mineral gübrələrin idxalı və satışı sahəsində ixtisaslaşmış şirkətdir.

Baş mühasib – Bridge Group of Companies MMC (Agrobridge MMC)

Əsas tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Minimum 5 il iş təcrübəsi;
  • 1С və digər mühasibatlıq proqramında, MS Office-də işləmə bacarığı;
  • Vergi qanunvericiliyini mükəmməl bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
  • Elektron hökumət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • Əmək qanunvericiliyində istifadə edilən saytlarda iş.

Vəzifə öhdəliyi:

  • E-Qaimə fakturalarının yazılması;
  • Bank əməliyyatının həyata keçirilməsi; qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Gündəlik və aylıq daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
  • Bütün rəsmi hesabatların göndərilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesablamaların aparılması.

Əmək şəraiti:

  • İş yeri: Bridge Plaza
  • 5 günlük iş qrafiki, 09:00-18:00
  • Əmək haqqı: 1200 AZN

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Baş mühasib” qeyd etməklə CV-lərini rubaba.t@bridge.az ünvanına yollaya bilərlər.

Oxşar vakansiya siyahısı:

Maliyyə meneceri

AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı