Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Caspian Equipment Company Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi
  • Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunu düzgün təşkil və nəzarət etmək
  • Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
  • Hesab və elektron qaimə-fakturaların yazılması
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək
  • Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək
  • Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək
  • İllik mənfəət vergisi bəyannaməsini hazırlayıb təqdim etmək
  • İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək
  • Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək
  • 6 günlük iş qrafiki
  • Ünvan: Binəqədi, Mədən küç., 4
  • Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Namizədə tələblər:

  • Mövcud sahədə 3-5 il təcrübəsi (baş mühasib kimi 3 il)
  • Əmək Məcəlləsi, Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər, Müəssisədaxili normativ sənədlər, İş vaxtının uçotu
  • Maliyyə büdcəsinin hazırlanma qaydaları
  • Müvafiq normativ-hüquqi sənədlər
  • Maya dəyərinin hesablanması qaydaları
  • Avans hesablarının təlimatı
  • Şirkətin uçot siyasəti
  • Microsoft Office (excel – əla səviyyədə)
  • 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır

Maraqlanan namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla öz CV-lərini hr@cec.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Maliyyə meneceri

AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı