Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Novo Group Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Excel mütəxəssisi səviyəsində işləməlidir.

Konsaltinq və İnvestisiya sahəsində fəaliyyət göstərən “NOVO Group” MMC namizədləri “Baş mühasib” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və registrlərində düzgün əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
  • Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarının (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatının təmin edilməsi;
  • Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət edilməsi;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsi, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunun düzgün təşkili və aparılmasına nəzarət edilməsi;
  • Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işlənilməsi;
  • Uçot sənədlərinin arxivləşdirilməsinin təmin edilməsi;
  • İllik mənfəət vergisi bəyannaməsinin sərbəst şəkildə hazırlanıb təqdim edilməsi;
  • e-gov.az, e-taxes.gov.az və digər əlaqəli portallarda müvafiq əməliyyatların icra edilməsi;
  • İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflərin verilməsi;
  • Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak edilməsi və ehtiyac duyduqda lazımi təkliflərin irəli sürülməsi.

TƏLƏBLƏR:

  • Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarını, Vergi, Sosial sığorta və Əmək qanunvericiliyini bilməli, eləcə də, qanunvericilikdə aparılan dəyişmələri mütəmadi olaraq yaxından izləmə qabiliyyətinə malik olmalı
  • Avtomatlaşdırılmış proqram təminatında (hər hansı bir növündə) işləmək və nəzarət etmək bacarığına malik olmalı
  • MS Excel yüksək səviyyədə bilməli
  • Baş mühasib sahəsində 5-7 illik təcrübə
  • Təhsil – bakalavr dərəcəsi
  • MS Excel yüksək səviyyədə bilməli
  • Təşəbbüskarlıq, özünü sübutetmə bacarığı
  • Nəticəyönümlülük, punktuallılıq və detallara hessas olma bacarığı
  • Effektiv ünsiyyət

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “Baş mühasib” bölməsində qeyd etməklə CV-nizi hr.department@novogroup.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı