Qısa məzmun
Jetlog MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Vergi Məcəlləsi üzrə mükəmməl biliklər olmalıdır.
Namizədə olan tələblər:
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
- Minimum 3 il baş mühasib vəzifəsində iş təcrübəsi;
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
- Kompüter bilikləri – MS office, 1C, hər hansı ERP proqram təminatlarla iş təcrübəsi;
- e-gov.az, taxes.gov.az, gov.az və digər portallardan istifadə etmə bacarığı;
- ACCA , CIMA CFA üzrə sertifikatlar arzuolunandır;
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Kollektivi idarə etmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər;
- Azərbaycan dili (Rus arzuolunandır);
İş haqqında məlumat:
- Vergi hesabatlarının (o cümlədən mənfəət və ƏDV hesabatının) hazırlanması və təqdim edilməsi
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının müstəqil şəkildə tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Bəyannamələrin tərtib və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- İşçilərlə hesablaşmaların təmin edilməsi
- Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
- E-Qaimə Faktura, Elektron tərtib olunması və göndərilməsi
- İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
- Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
- AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
Vakansiyaya müraciət üçün CV-ləri “Baş Mühasib” mövzusu ilə jetlogistic2019@mail.ru e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mühasib
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xəzinədar
Sağlam Ailə Ultralab klinikasında Xəzinədar vakansiyası aktivdir. ...