Baş mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Report İnformasiya Agentliyi Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə iş təcrübəsi olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
  • Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
  • 1C proqramında işləmə bacarığı: uçotun aparılması, anbar uçotun aparılması və təşkili;
  • Gündəlik balansın və dövriyyə məlumatlarının hazırlanması;
  • E-qaimə fakturaların yazılması;
  • E-portal proqramı ilə işləmək bacarığının olması;
  • Satış və debitor borc hesabatın hazırlanması;
  • Alış və kreditor borc hesabatının hazırlanması;
  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Əmək haqqı və məzuniyyətlərin hesablanması;
  • Əsas vəsaitlərin alınması,istismara verilməsi,köhnəlməsinin hesablanması,balansdan silinməsi və s;
  • Vergi orqanından daxil olan məktubların nəzarətdə saxlanması və müvafiq yazışmaların aparılması

Namizədə tələblər:

  • Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir);
  • İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +5 il;
  • Dil bilikləri: Azərbaycan (əla), Rus dili bilmək üstünlükdür;
  • Kompüter bilikləri: MS Office/Excel, 1C proqramında mükəmməl işləmə bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 5 günü;
  • İş saatı: Həftə içi 09:00-18:00. Şənbə və bazar günləri istirahət;
  • Əmək Haqqı – 1000-1300 AZN

Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini samira@ria.az elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis

Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelco Group MMC

23.10.2025 - Bakı

Mühasib

Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Güvənli MMC

20.10.2025 - Bakı