Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 2500-3000 AZN razılaşma yolu ilə. Aqrar İnnovasiya və Təchizat Şirkəti Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Əsas fəaliyyət istiqamətini Azərbaycan Gübrə və Kənd Təsərrüfatı məhsulları bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman içində gənc potensial kadrları öz ətrafında toplamaqla və müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir. Şirkət Azərbaycan fermerlərinə daha rahat əlçatan məhsul və xidmətlərini təklif etmək üçün geniş xidmət şəbəkəsini qurmuşdur.

İşəgötürən: AİSCO (Aqrar innovasiya və təchizat şirkəti)

Vəzifə: Baş mühasib

İşin təsviri:

  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
  • Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək;
  • Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunu düzgün təşkil və nəzarət etmək;
  • Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılmasıŞirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
  • Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək;
  • Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
  • İllik mənfəət vergisi bəyannaməsini hazırlayıb təqdim etmək;
  • İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
  • Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.

Namizədə dair tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır
  • İxtisas üzrə 5 il və daha çox iş təcrübəsi
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli və işində dəqiq
  • Vergi Məcəlləsini bilməli
  • MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilmə

İş şəraiti :

  • Stabil iş
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Əmək haqqı 2500-3000 azn net
  • Korporativ nömrə ilə təmin ediləcək
  • İV günlük iş rejimi
  • İş yeri: Çinar Park Biznes Mərkəzi (m. N. Nərimanov)

Maraqlanan namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı