Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Massi MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. İşçi heyəti ilə işləmək bacarığına malik olmalıdır.
İcra edəcəyi iş :
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
- Vergi orqanları ilə yazışmalar
- Vergi və mühasibat uçotunun aparılması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Vergi hesab fakturaların yazılması
- Bank və kassa əməliyyatları
- Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməli.
Namizədə tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq
- Vergi Məcəlləsini bilməli
- İxtisas üzrə 3 il və daha çox iş təcrübəsi
- MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli
- Lizinq sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti :
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı müsahibə əsasinda əməkdaşın bilik və savad səviyyəsinə uyğun təyin ediləcək
- Korporativ nömrə ilə təmin ediləcək
- İş rejimi: 09:00-dan 18:00-dək
- İş yeri: Bakı ş, Nizami r-nu, Heydər Əliyev pr 115 Caspian Sport Plaza
Xahiş olunur CV Baş mühasib başlığı ilə hrmassi2@gmail.com ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Superfon şirkəti Maliyyə monitorinqi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...