Qısa məzmun
Ə/h 1500 AZN. Investaudit Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Ərazidə (rayonda) işləməyə hazır olmalıdır.
İş barədə məlumat:
- Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
- Vergi, statistika və DSMF hesabatların hazırlanması
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək
- Hesab və elektron qaimə-fakturaların yazılması
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması
- İş Göyçay rayonunda yerləşir
- İş qrafiki həftə içi 5 gün: saat 09:00-dan 18:00-dək
- Şənbə və bazar günləri istirahət günüdür
- Nahar fasiləsi saat 13:00-dan 14:00-dək
- Nəzərdə tutulan əmək haqqı 1500 manat (əlavə olaraq ayrıca aylıq mükafatların verilməsi nəzərdə tutulur)
Namizədə tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
- Ərazidə (rayonda) işləməyə hazır olmalı
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq
- Vergi Məcəlləsini bilməli
- İxtisas üzrə 5 il və daha çox iş təcrübəsi
- Cinsi – Kişi
- Microsoft Office, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə “Baş mühasib” yazaraq office@investaudit.az ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...