Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AK Özerol MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya : Baş Mühasib
İş yeri : “AK Özerol” MMC
Ünvan : Bakı şəhəri , Səbail Rayonu, Xəqani küçəsi 14/A
İş qrafiki-həftədə 6 gün, 09:00-18:00
Əmək haqqı -razılaşma yolu ilə
Tələblər:
- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit);
- Qida sektoru və yaxud İctimai iaşə obyektlərində 10 il baş mühasib təcrübəsi;
- Kompyuter Bilikləri: Microsoft Excel, MS Office, Günəş,Loqo proqramlarla işləmə təcrübəsi
- Cinsi: Kişi
- Yaş: 35 -50
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.
Oxşar vakansiya siyahısı:
Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir. ...
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...