Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Özbahçeci Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını bilməlidir.
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks tdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək; - Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata kçirilməsi;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər:
- Ali təhsilli
- B1-B3, Microsoft Office proqramlarını bilmək
- 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.)
- e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
E-mail: i.mahmudbayli@ozbahceci.org
Əlaqə: 077 233 11 10
Oxşar vakansiya siyahısı:
Mühasib
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xəzinədar
Sağlam Ailə Ultralab klinikasında Xəzinədar vakansiyası aktivdir. ...