Baş Mühasib peşəsi üzrə vakansiya — KredAqro BOKT MMC — iş elanları 2020

Baş Mühasib peşəsi üzrə vakansiya

Ə/h 2000-2500 AZN. NBCO KredAqro Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə tələb olunur.

Kredaqro vakansiya 2020

Əsas vəzifə və öhdəliklər:

  • Balans, Mənfəət və Zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, digər mühasibat və statistik hesabatları tərtib etmək;
  • Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq;
  • Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək;
  • “KredAqro”nun filiallarında ilkin və mühasibat sənədlərinin, hesablaşmaların rəsmiləşdirilməsinə nəzarət etmək;
  • Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi,
  • Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
  • Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtləri, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından silmək ;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq;
  • DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim etmək;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil (Maliyyə üzrə arzuolunandır);
  • Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi.
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Baş Mühasib) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Finance Manager

Key accountabilities: Participate in development and manage financial modeling and reporting tools for various functional areas; Compare and analyze financial and other operating results against established plans and targets; Analyze financial impact of marketing and operations initiatives; Create and distribute routine as well as ad hoc reports and analyses; Communicate results via presentations to the […]

Saffron Restaurants Group - Bakı - 09.07.2020

Accountant

Key accountabilities: Review and keep under control all cost elements; Ensure that all required information and documents are provided accurate and correct; Calculation of recipes; Determine costs and efficiency of company purchasing activities; Review costs for all external inventory, labor, and material purchases; Analyze and recommend costs and cost savings; Collect and compile purchasing data […]

Saffron Restaurants Group - Bakı - 09.07.2020

PAŞA Holding İnnovasiya üzrə proqram rəhbəri

Ə/h razılaşma yolu ilə. PAŞA Holding İnnovasiya üzrə proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

PASHA Holding - Bakı - 09.07.2020

550₼

İnventarlar üzrə mühasib

Ə/h razılaşma yolu ilə. A+Co MMC İnventarlar üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. Yalnız kişi namizədlər tələb olunur.

A+Co MMC - Xırdalan - 09.07.2020

ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsi – Aparıcı mütəxəssis

Ə/h razılaşma yolu ilə. Kapital Bank ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsi Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Kapital Bank - Bakı - 09.07.2020

ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsi – Baş mütəxəssis

Ə/h razılaşma yolu ilə. Kapital Bank ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsi Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Kapital Bank - Bakı - 09.07.2020

Mühasib

Ə/h razılaşma yolu ilə. 189 Taxi Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Xidmət və istehsalat sahəsində mühasib kimi ən az 1-2 il iş təcrübəsi olmalıdır.

189 Taxi - Bakı - 09.07.2020

Head of Digital Finance

JOB OVERVIEW: The Head of Digital Finance is responsible for digital finance product strategy and performance, defining and managing the scope of the product roadmap and leading cross – functional teams. RESPONSIBILITIES: Responsible for the strategic development and execution of the Digital Finance products roadmap. Keep the backlog prioritized according to importance and clearly communicate […]

PASHA Bank - Bakı - 08.07.2020

Finance Manager

Work experience requirements Overseas or foreign company background is preferable (Work Experience in Oil and Gas or related sphere) International certificates or professional accreditations in Finance CMAA, ACCA Minimum 8 years related experience ( 3 Years as Finance Manager ) Bachelor’s or Masters degree in finance, business, business accounting or other related fields. Attention to […]

Providence Doytch Limited - Bakı - 08.07.2020

Satış auditi

Ə/h razılaşma yolu ilə. Avrora Satış audit vəzifəsi üzrə vakansiya elan edir. Ali iqtisadi təhsil tələb olunur.

Avrora - Bərdə - 08.07.2020

ERP (Enterprise Resource Planning) Project Manager

DIRECTION : N/A DEPARTMENT : Information Systems and Technology JOB TITLE (JOB HOLDER): ERP (Enterprise Resource Planning) Project Manager SITUATION IN ORGANIZATION Position to report : Deputy Managing Director Contract duration: 2 years Present job holder : new recruitment JOB DIMENSIONS / CONTEXT Absheron Early Production Scheme (EPS) is an early development phase to target a […]

Joint Operating Company of Absheron Petroleum - Bakı - 08.07.2020

Valyuta rejimi şöbəsinin Mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Kapital Bank Valyuta rejimi şöbəsinin Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Kapital Bank - Bakı - 07.07.2020

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et