Qısa məzmun
Ə/h 1200 AZN. Azmikroinvest BOKT Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Maliyyə istiqamətində ali təhsil olmalıdır.
Vəzifə və öhdəliklər:
- Vergi, Sosial Müdafiə, Mərkəzi Bank, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək;
- Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
- Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
- Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
- Müasir hesablama texnikası/proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq eilməsində iştirak etmək;
- Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
- Daxili nəzarət (audit)
Bilik və bacarıqlar:
- Maliyyə istiqamətində ali təhsil;
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl biliklər;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
- Maliyyə sahəsində mühasib/aparıcı mühasib vəzifəsində ən azı 2 il iş təcrübəsi.
- Mükəmməl İnglis dili bilikləri.
- Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
- Xaricdə təhsil almış namizədlər əlavə dəyərləndiriləcəklər.
Tələblər:
- İş rejimi həftədə 5 gün (09.00-18.00)
- Əmək haqqı 1200 AZN
- Yaş həddi 40 yaşa qədər
Uyğun namizədlər “CV”- lərini ahmadzadailgar@gmail.com mail ünvanına göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...