Baş Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Əjdaha MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Minimum 5 il mühasiblik təcrübəsi olmalıdır.

Vəzifə Öhdəlikləri:

  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak;
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
  • Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması;
  • Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Ödənişləri nəzarətdə saxlamaq;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.

Tələb olunan bacarıqlar:

  • Minimum 5 il mühasiblik təcrübəsi olmalı;
  • İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və hesabatlar hazırlamağı bilməli;
  • 1C 7.7-8.3 mühasibat proqramında, Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
  • Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
  • Balansın çıxarılması;
  • Ezamiyyətlərə hazır olmalıdır.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş rejimi (I – V günlər 09:00 – 18:00, VI gün 09:00 – 13:00);
  • Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir);
  • Kariyera inkişafı imkanı.

Maraqlanan şəxslərdən özləri haqqında məlumatı (CV) şəkil ilə birlikdə, mövzu hissəsində “Baş Mühasib” başlığı ilə qeyd edərək applicants@ajdaha.az göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı