Qısa məzmun
Elmanado MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
- Şirkətin mühasibat uçotunun təşkilində, düzgün vergi və uçot siyasətinin seçilməsində və qorunmasında birbaşa iştirak etmək;
- Maliyyə hesabatlarının beynəlxalq standartları əsasında maliyyə hesabatlarını hazırlamaq;
- İstehsal və s kimi sahələrdə fəaliyyəti olan müxtəlif biznes subyektlərinin spesifik uçot siyasətini anlamaq və tələbə uyğun formalaşdırmaq;
- İstənilən əməliyyatın 1 C 8.3 mühasibat proqramında düzgün balans və gəlir-xərc hesablarında əks olunmasına, maliyyə-hüquq istiqamətli biliklərə malik olaraq bir çox spesifik əməliyyatların düzgün aparılmasına nəzarət etmək;
- Pul vəsaitlərinin hərəkətini, gəlir dövriyyəsini və xərclərini, xərclərin maya dəyərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və mühasibat hesablarında onların hərəkətini izləmək və ehtiyac yaranarsa düzəlişlər etmək;
- Biznes konsultasiyalarda iştirak etmək, şirkətlərə səmərəli həllər təklif etmək, ünsiyyət və etik normalara sahib olaraq sağlam iş münasibətləri qurmaq.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər:
- Təhsil: İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
- Sertifikat: PMS (Beynəlxalq sertifikatlar və s.)
- İş təcrübəsi: Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı;
- İstehsal sahəsində azı 3 il təcrübə mütləqdir;
- Aylıq əmək haqqı:Namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcəkdir;
- Dil bilikləri: Azərbaycan dilini səlis bilməli;İngilis dilini intermadiate seviyede bilmeli,rus dili bilikləri yaxşı;
- MS Office – Excel yaxsi seviyyede), 1C 8.3 proqramını bilməlidir;
- Maliyyə-İstehsalat fəaliyyətinin iqtisadi təhlili metodlarını bilməli
- Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti
Namizədlərdən şəkilli CV-lərini “Baş mühasib” mövzusu ilə gunayceferova@elmanado.az elektron poçt ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...