Qısa məzmun
Heritus Group MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Müvafiq ERP sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması;
- Səmərəli mühasibat uçotu sisteminin qurulmasına dəstək verilməsi;
- Bank əməliyyatlarının aparılması,invoysların hazırlanması və göndərilməsi;
- Aidiyyatı məsələlər üzrə daxili və kənar auditorlar ilə əlaqələrin qurulması;
- Debitor və kreditorların uçotunu sənədlərlə yoxlanması;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiyasının hesablanması və inventarizasiya aparılmasına nəzarət edilməsi;
- Ay bağlanması prosesində iştirak edilməsi və tələb olunan hesabatların hazırlanması;
- Şirkətin illik maliyyə hesabatlarının auditi prosesi zamanı lazımi dəstəyin göstərilməsi;
- Aylıq əməliyyatların sistemə işlənməsi və xətti rəhbər tərəfindən verilmiş tapşırıqların müəyyən edilmiş tarixdə yerinə yetirilməsi;
- Aylıq,rüblük,illik statistik,vergi,DSMF hesabatlarının təqdim edilməsi;
- Dövlət Vergi xidməti orqanları ilə rəsmi yazışmalarının aparılması;
- Debitor / Kreditor dövriyyəyə nəzarət;
Tələblər:
- Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə(əsasən logistika istiqamətində) iş təcrübəsi: minimum 3-5 il
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
- Peşəkar mühasibat setrtifikatının (PMS) olması mütləqdir;
- ACCA F3,F7 sertifikatı arzu olunandır.
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Yüksək ünsiyyət qurmaq bacarıqları;
- Operativ işləmə bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
İş qrafiki: 5 günlük, 09:00-18:00
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Baş mühasib” yazmaqla e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...