Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzərPambıq ASK Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Link : https://qlor.me/le5q95eq 

Təsvir

  • Müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyəti dövründə mühasibat uçotunun düzgün təşkilini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarətin, operativ məlumatların təqdim edilməsini təmin etmək, habelə, müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində bilavasitə iştirak etmək;
  • Mühasibatlıq sənədlərinin qorunub saxlanmasını və müəyyən vaxtda arxivə təhvil verilməsini təmin etmək;
  • Müvafiq hesabat dövrləri (ay, rüb, il) üzrə müəssisənin mühasibat balansını və digər hesabat sənədlərini tərtib etmək, aidiyyəti orqanlara və təşkilatlara təqdim etmək;
  • Vergi, DSMF, Statistika və Vahid Muzdlu hesabatlarının hazırlanması və vergi orqanlarına təqdim edilməsini təmin etmək;
  • Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluq məktublarının cavablandırılmasını təmin etmək;
  • Müvafiq hesabat dövrləri (ay, rüb, il) üzrə kreditor və debitorlarla üzləşmələrin aparılması və sənədləşdirilməsini təmin etmək;
  • Əmlakın, pul vəsaitlərinin, hesablaşmaların və balans maddələri üzrə inventarizasiyanın aparılmasını və mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Mühasibat uçotu və hesabatı işlərini təkmilləşdirilmək, maliyyə, büdcə, ştat və kassa intizamına ciddi riayət edilməsinə nəzarət etmək və riayət etmək;
  • Müəssisə üzrə əmək haqqı fondunun düzgün xərclənməsini, vəzifə maaşlarının və əlavələrin ştat cədvəlinə uyğun hesablanmasını və ödənilməsini təmin etmək və nəzarət etmək;
  • Maddi-məsul şəxsləri müvafiq təlimatlarla təmin etmək və onların işlərinə nəzarət etmək;
  • Müəssisə üçün ayrılmış fondların qəbulunu, uçota alınmasını, pul vəsaitlərinin və maddi qiymətlilərin qorunmasını, onların saxlanılması və təyinatı üzrə istifadə edilməsini təmin etmək, həmçinin çatışmazlıq, mənimsəmə halları və digər əsassız xərclərin qarşısının alınması üçün müvafiq tədbirlər görmək;
  • Yerli xəzinədarlıq orqanları ilə aparılmış əməliyyatların üzləşdirilərək yoxlanılmasını, qeydiyyatının müntəzəm aparılmasını və büdcə ilə hesablaşmalara əməl olunmasını təmin etmək;

Tələblər

  • Mühasibat uçotu, maliyyə və ya , iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsi üzrə 5 ildən az olmayan iş təcrübəsi;
  • Baş mühasib kimi 3 ildən az olmayan iş təcrübəsi; (Baş mühasib kimi iş təcrübəsi olmayan namizədlər dəyərləndirilməyəcək)
  • MS Office və 1C 8.3 ERP proqramlarında mükəmməl işləmək bacarığı;
  • Vergi və Əmək Məcəlləsi, Mühasibatlıqla bağlı yerli qanunvericiliyə dair müfəssəl biliklər;
  • Komandada işləmək və komandanı idarə etmək bacarığı;
  • Emas.sosial.gov.az, e-taxes.gov.az portallarından istifadə etmə bacarığı;
  • Yüksək analitik düşünmə qabiliyyəti;
  • Peşəkar Mühasib Sertifikatı arzuolunandır.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı