Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Zeta Group Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Mühasibat uçotunun təşkilinin əsasını bilməlidir.

İş barədə məlumat:

  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Qanunvericiliyi və ona uyğun işlənib hazırlanmış bütün mühasibat uçotu standartlarını və uçota dair digər normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edilməsinə nəzarət etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək ;
  • Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşımaq və aidiyyəti qurumların yoxlama proseslərini qanunvericiliyin tələbinə əsasən nizamlamaq;
  • Vergilərlə yazışmaları aparmaq, şəxsi vərəqələrlə işləmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və cəmiyyətin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək.
  • Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür, lazım gəldikdə dəymiş zərəri ödəmək üçün lazımi tədbirlər görmək;
  • Ştat maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının uçotunun təşkli, çatışmazlıqlarının və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görmək.
  • Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünə, tərtibatına və arxivə təhvil verilməsini qanunauyğun şəkildə yerinə yetirilməsini təmi etmək.
  • Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot-hesablama işlərinin effektiv mexanikləşdirmə vasitələrinin yeridilməsi işlərinə rəhbərlik etmək;
  • Bankın müxtəlif struktur bölmələri ilə qarşılıqlı əlaqələri təmin etmək ;
  • Müəssisənin aylıq və rüblük maliyyə hesabtlarını , məcmu balansını vaxtında hazırlayıb təqdim etmək;
  • Rəhbərini maliyyə təsərrüfat pozuntusu hallarının aşkarlanıb qarşısının alınması haqqında məlumatlandırmaq və onun göstərişləri əsasında müvafiq təbdirlər görmək;
  • Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi məlumatların verilməsi və işlərinin aparılmasını təmin etmək;
  • Maliyyə departamenti direktorunun tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib hazırlanması və təqdim edilməsi;
  • Gömrük bəyannamələrinin işlənilməsi və icra prosesinə nəzarət etmək;

Tələblər:

  • Mühasibat uçotunun təşkilinin əsasını;
  • Maliyyə Palatası ilə iş təcrübəsinə malik olmaq.
  • Uçot sənədləri üzrə ilkin səndlərin formasını və onların doldurulma qaydasını bilməli;
  • Hesablamaların aparılması və hesabatın tərtib olunma qaydasını;
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli; ;
  • 1 C proqramında iş təcrübəsi ;

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı