Baş mühasib (vergilər üzrə mütəxəssis)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sapphire Hotels Group Baş mühasib (vergilər üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi müddəalar:

  • Hazırkı vəzifə təlimatı Baş mühasib əmək funksiyaları, öhdəlikləri, hüquqları  və ona qarşı tələbləri müəyyən edir.
  • Bu işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəssisənin Direktoru tərəfindən işə təyin edilir və işdən azad edilir.

Əmək funksiyaları:

Əməkdaş aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir:

  • Ümumi mühasibat kitabındakı hesabları tutuşdurur və problemli hesabları nəzərdən keçirir.
  • Maliyyə şöbəsinin direktoru işdə olmayan vaxtlarda onu əvəz edir
  •  Işçilərə nəzarət edir .
  • Mehmanxananın fəaliyyət büdcəsinə, şöbələrin büdcələrinə nəzarət edir.
  • Maliyyə direktoru ilə birgə işləyərək ona mehmanxananın maliyyə işçilərinin fəaliyyətinə nəzarətdə, tapşırıqların, göstərişlərin verilməsində, işçilərin dəqiqliyini yoxlamaqda kömək edir
  • Gündəlik gəlir və xərclərin 1 C mühasibatlıq proqramına salınmasını icra edir.
  • Ay sonu mühasibatlıq işlərinin düzgünlüyünü yoxlamaq, aylıq balans, P&L, cash flow hesabatlarını hazırlamaq.
  • Həmin hesabatlar əsasında vergi orqanına aylıq, rüblük və illik hesabatları göndərmək.
  • Aylıq, rüblük və illik statistik hesabatların göndərilməsi.
  • Vergi və digər dövlət orqanları ilə yazışmaların, mübahisəli məsələlərin həll olunmasını icra etmək.
  • AR Vergi və Əmək məcəlləsində, digər qanunvericilik aktlarından irəli gələn hər hansı dəyişiklikləri müəssisənin təsərrüffat fəaliyyətində vaxtında tətbiq etmək və müəssisənin istənilən cərimələrdən vaxtında xilas olunmasına nail olmaq və buna görə məsuliyyət daşımaq.
  • Bütün mühasibatlıq hesabatlarının yoxlanılaraq üzləşməsinə hər ay nəzarət etmək.
  • Maliyyə şöbəsi direktorunun verdiyi tapşırıqları yerinə yetirir.
  • Şəxsi gigiyena və görünüşü qorunmalı və standartlara uyğun olmalıdır.
  • Otel daxilində keçirilən treyninqlərdə iştirak etməli.
  • Təhlükəsizlik texnikasına aid treninqlərdə  iştirak etməli,
  • Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir.

Tələblər:

Bu vəzifəyə namizəd olan şəxslər aşağıdakı bilik, bacarıq və qabiliyyətlərə malik olmalı, vəzifəyə aid əsas funksiyaları, vəzifənin icrasını asanlaşdırıcı tədbirlərin həyata keçirilib – keçirilməməsindən asılı olaraq icra edə bildiyini nümayiş etdirməlidir :

  • “Sapphire Hotels Group” MMC şirkətinin bütün sahələrdəki iş strategiyasının   tələblərinə əməl etmək.
  • “Sapphire Hotels Group” MMC şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
  • İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.
  • 1 C 8.3 bilikləri
  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi

Əmək haqqı: 1350 AZN

Müraciət etmək üçün:

Şəkilli CV-nizi e-poçt ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində vakansiyanı qeyd etməyə unutmayın.

Göstərilən vakansiyaya uyğun gəlməyən namizədlərin CV-lərinə baxılmayacaq!

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı