Baş Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Camal LTD Company Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Vergi və mühasibat uçotunun aparılmasını bilməlidir.

Namizədə olan tələblər:

  • Baş mühasib vəzifəsində ən az 3 illik iş təcrübəsi;
  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • 1C 8.3 proqramında sərbəst işləmək bacarığı (istehsal və satış);
  • Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;
  • Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
  • Azərbaycan və Rus dillərini bilməsi mütləqdir, ingilis dili arzuolunandır;
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
  • Tələbkar, məsuliyyətli və işgüzar;
  • Yaş həddi 30-40 yaş arası.

Namizədin vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • Əmək haqqı və məzuniyyətlərin hesablanması;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
  • Mal-materialların uçotunun aparılması;
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Aylıq, rüblük və illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Özünü müvafiq vakansiyada sınamaq istəyən namizədlərdən hr@iceland.az ünvanına “Baş Mühasib” başlığı altında CV göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı