Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Turan Legal and Tax Services LLC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Mühasibat şöbəsinin işini düzgün , qaydalara və qanunvericiliyə uyğun təşkil idarə etmək
  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
  • Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
  • Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir
  • Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək
  • Daxili nəzarət (audit)
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
  • Bütün Bank əməliyyatların icra edilməsi
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq

Tələblər:

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
  • Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və ya İngilis dili biliklərinin ən azı birinin yüksək səviyyədə olması zəruridir;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00-dan 18:00-dək;
  • İstirahət: Bazar günlər

Namizələrdən  mövzu yerində “Baş mühasib” vakansiyasının adını göstərərək CV-lərini e-poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı