Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

M Bulak BOKT MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
  • Maliyyə-mühasibatlıq sahəsində, o cümlədən rəhbər vəzifələrdə ən azı 3 il iş staj.
  • Mühasibat barədə qanunvericiliyi;
  • Maliyyə, vergi və təsərrüfat qanunvericiliyini;
  • Müəssisənin strukturunu, onun inkişafının strategiya və perspektivlərini;
  • Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qayda və muddətlərini;
  • Yoxlama və sənədli təftişin aparılması qaydasını;
  • Mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsi üzrə qabaqcıl ölkə və xarici təcrübəni;
  • Əmək qanunvericiliyinin əsaslarını, daxili intizam qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir.
  • Azərbaijan dili  – sərbəst;
  • Rus dili – sərbəst;
  • İngilis dili – orta.
  • MS Office, 1С:Mühasibatlıq, Vergi hesabatları, BTP

Öhdəlikləri:

  • Şirkətin Baş ofisinin/filiallarının mühasibat uçotunun təşkilini və ona nəzarəti həyata keçirir;
  • Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatının məlumatlarını müqayisə edir və onları yoxlayır;
  • Mühasibat uçotunun müvafiq sahəsində sənədlərin qəbulu uzrə ilkin yoxlamanı həyata keçirir və hesablaşma prosesinə hazırlıq görür;
  • Təsərrüfat əməliyyatlarının mühasibat hesabatlarında, gəlir və xərclərin formalaşmasında dəqiq və vaxtlı-vaxtında öz əksini tapmasını təmin edir;
  • Şirkətin Baş ofisində/filiallarında mühasibat prosedurlarına riayət edilməsinə nəzarət edir;
  • İlkin mühasibat sənədlərinə nəzarəti həyata keçirir;
  • Ödəniş və hesablaşma öhdəliklərinin rəsmiləşdirilməsi qaydalarına nəzarət edir;
  • Pul vəsaitlərinin, əsas vəsaitlərin və maddi əşyaların inventarlaşmasını həyata keçirir;
  • Şirkətin filiallarında maliyyə və kassa nizam-intizamının uyğunluğuna nəzarət edir;
  • Şirkətin işçilərinə əmək haqqının verilməsini həyata keçirir;
  • Vergilər Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) hesabatların təqdim edilməsini təmin edir;
  • Statistika hesabatlarının, ƏƏSMN və Vergilər Nazirliyinə hesabatların düzgün və vaxtlı-vaxtında verilməsini həyata keçirir;
  • Şirkətin maliyyə vəsaitlərinin düzgün şəkildə istifadə edilməsinə yönələn tədbirlərin hazırlanmasında iştirak edir;
  • Əsas vəsaitlərin, az qiymətli malların və qeyri-maddi ehtiyatların mühasibat uçotunda düzgün əks olunmasına  nəzarət edir;
  • Maliyyə və vergi hesabatları üçün əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanmasına nəzarəti həyata keçirir;

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı