Qısa məzmun
“TEZİBU” MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
“TEZİBU” MMC “Böyük mühasib” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Yaş həddi: 30-45;
- Kompüter biliyi: MS Office Word, Excel, 1C (8.3).
- İş təcrübəsi: 5-10 il.
- AR Vergi Məcəlləsini bilməli.
Vəzifə öhdəlikləri:
- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Vergi orqanları ilə yazışmalar;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;•
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- E-portal proqramı ilə işləmək bacarığının olması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək.
Əmək haqqı: 1600-2000 manat (təcrübədən asılı olaraq daha yüksək əmək haqqı təklif edilə bilər).
İş qrafiki: 6 günlük.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@tezibu.az elektron ünvanına göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...