Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Saffron Restaurants Group Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Rus dillərini bilmək şərtdir (İngilis dili biliyi əlavə üstünlükdür)
Öhdəliklər:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında düzgün əks etdirmək, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini təmin etmək.
- Mühasibat (maliyyə) hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək.
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin, əsas vəsaitlərin uçotunu, xərclərin və məhsul satışının mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir.
- Məhsul, iş və xidmətlərin maya dəyərinin hesablanmasını,əmək haqqının ödənilməsini, dövlət büdcəsinə məcburi köçürmələri, dövlət sosial sığorta fonduna ayırmaları həyata keçirmək və müvafiq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək,
- Vergi, DSMF, Statistika hesabatlarını tərtib və təqdim etmək,
- Maliyyə/mühasibat komandasına rəhbərlik etmək, bütün sənəd dövriyyəsinin prosedurlara uyğun olaraq qaydasında olmasını təmin etmək
Tələblər:
- İdarəetmə uçotunu və Vergi məcəlləsini bilmək (Mülki və Əmək məcəlləsi haqda biliklər üstünlükdür)
- ACCA və IFRS üzrə bilikləri güclü olan namizədlər üstünlüyə malik olacaq
- 1 C, R-Keeper, Store House üzrə bilik və təcrübələrin olması arzu olunandır.
- Azərbaycan və Rus dillərini bilmək şərtdir (İngilis dili biliyi əlavə üstünlükdür)
- Maliyyə/Mühasibat ixtisasları üzrə minimum 5 il təcrübə (3 ili böyük mühasib, baş mühasib vəya maliyyə meneceri vəzifəsi olmaqla)
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@saffron.az elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...