Qısa məzmun
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Bakı şəhəri
Namizədə dair tələblər:
- Mühasib ixtisası üzrə ali təhsil;
- Baş mühasib vəzifəsi üzrə minimum 4-5 il iş təcrübəsi (tikinti və istehsalat sahəsi üzrə);
- Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Dil: Azərbaycan və Rus dilləri
- Kompüter bilikləri: Excel və LOGO
Əsas vəzifə öhdəlikləri:
- Müəsissə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registirlərində) düzgün əks etdirilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatını məlumatları üzrə müəsissənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması;
- Məhsulun satış, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının müəssisənin təsərrüfat maliyyə fəaliyyətinin yekun əməliyyatları uçotunu təşkil etmək;
- Məhsulun iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib etmək.
Mövzu hissəsində “Baş mühasib” qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...