Baş Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Caspident MMC şirkəti Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, müvafiq sahə magistr dərəcəsinin olması üstünlükdür).
  • Baş mühasib üzrə 5 il və daha çox iş təcrübəsi.
  • Peşəkar mühasib sertifikatının (PMS) olması üstünlükdür.
  • Vergi Məcəlləsini yüksək səviyyədə bilməli onda olan dəyişikliklərdən xəbərdar olmalı.
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq.
  • Yüksək səviyyədə idarəetmə və koordinasiya bacarığı.
  • MS Office proqramlarını xüsusilə də Excel proqramından yüksək səviyyədə istifadə bacarığı , 1C(8.3 / 7.7), BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilmə

Əsas vəzifə və öhdəliklər:

  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
  • Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək;
  • Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunu düzgün təşkil və nəzarət etmək;
  • Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılmasıŞirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
  • Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək;
  • Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
  • İllik mənfəət vergisi bəyannaməsini hazırlayıb təqdim etmək;
  • İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
  • Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.

İş qrafiki:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini job@caspident.az email adresinə mövzu hissəsində “Baş mühasib” qeyd etməklə göndərmələri tələb olunur. Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Mühasib

Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

20.08.2025 - Şəmkir

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

19.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı