Qısa məzmun
Ə/h razılaşma yolu ilə. GM Construction Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəliyi:
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
 - Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək
 - İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
 - Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmalarının tərtibi və nəzarəti;
 - Vergi orqanları ilə yazışmalar;
 - Vergi və mühasibat uçotunu aparmaq;
 - Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
 - Hesab və elektron qaimə-fakturalarının yazılması;
 - Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsinə nəzarət;
 - Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
 - Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
 - Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
 - Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasını təmin etmək;
 - Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasına nəzarət etmək;
 - İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək ;
 - Səlahiyyətləri çərçivəsində məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
 - Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
 
Namizədə tələblər:
- Cins: kişi
 - Yaş həddi: 35-50
 - İxtisas üzrə azı 7 il iş təcrübəsi
 - Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə-
 - Konfidensiallığı qoruyub saxlamaq bacarığı
 - İdarəçilik bacarığı
 - Vergi Məcəlləsini bilməli
 - MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli
 
İş şəraiti:
- AR ƏM əsasən rəsmiləşmə
 - Əmək haqqı 1000-1200 man
 - Korporativ nömrə ilə təmin olunma
 - İş rejimi: 6 günlük, saat 09:00-dan 18:00-dək, şənbə saat qısaldılmış iş saatı.
 - İş yeri: Məhəmmədi kəndi
 
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçta göndərə bilərlər.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...