Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Metal Yapı Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Namizəd üçün tələblər:

  • Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az qeyd edilən vəzifə üzrə 5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsinə üstünlük verilir) həmçinin 40-45 yaş arası xanim namizədlər CV göndərə bilər
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək
  • İngilis ve rus dilini əla səviyyədə bilmək
  • AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək
  • Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

İş barədə məlumat:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • BTP proqramı, 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s. , e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
  • E-portal proqramı ilə işləmək
  • ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
  • Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Xətai rayonu ,Ələddin Quliyev 11/31 (Xətai metrosu yaxınlığı)

Müraciət qaydası:

  • Qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək “nata.ibrahimova@metalyapi.com” elektron ünvanına şəkilli CV göndərilmələri xahiş olunur.
  • Sadalanan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq

Oxşar vakansiya siyahısı:

1000 — 1500 ₼
İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

14.05.2024 - Bakı

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı