Qısa məzmun
eManat Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Komanda şəklində işləmə bacarığı olmalıdır.
Namizədə qoyulan tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
- Baş mühasib kimi ən azı 5 illik iş təcrübəsi;
- Yaş həddi: minimum 35 və yuxarı
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
- Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları, xüsusilə Excel;
- Mühasibatlıq proqramında tam işləmək bacarıqları 1c (8.3) mühasibatlıq və ya Kompleks avtomatlaşdırma (ERP).
- PMS və Beynəlxalq dərəcəli sertifikatları olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin təsərrüfat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
- Vergi uçotu və vergi qanunvericiliyinin tələblərini təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Vergi, Vahid, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması ilə bağlı əməliyyatların tamamlanması.
- Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək.
- Mühasiblərin işinə Daxili nəzarət (audit)
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) proqram təminatı əsasında hazırlamaq;
- Məxfilik prinsiplərini pozmamaq.
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Baş mühasib ” yazılmalıdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...