Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Caspel LTD Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Kollektivdə işləmə bacarığı olmalıdır.

Vəzifə: Baş mühasib
Struktur hissəsi: Mühasibatlıq
Birbaşa tabeçilik: Maliyyə Direktoru
Funksional tabeçilik: İdarə Heyətinin Sədri

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:

  • Mühasibatın işinə rəhbərlik edir və cavabdehlik daşıyır.
  • Mühasibat sənədlərinin tərtibatına və dövriyyəsini tam nəzarət edir və cavabdehlik daşıyır.
  • Cəmiyyətin mühasibatlığına daxil olan hesabların ERP proqram məhsulunun bazasına daxil edilməsini təmin edir;
  • Daxil olan hesablara əsasən ödəniş tapşırığının hazırlanmasını təmin edir;
  • Satış müqavilələrinə əsasən müştərilərə hesab göndərilməsini təmin edir, müştərilər tərəfindən ödənişin həyata keçirilməsinə nəzarət edir;
  • Bank əməliyyatlarının aparılmasını və ERP proqram məhsulunun bazasında həmin əməliyyatların qeydiyyatını təmin edir;
  • Kredit əməliyyatlarının aparılmasını və ERP proqram məhsulunun bazasında həmin əməliyyatların qeydiyyatını təmin edir;
  • Əsas vəsaitlərin hərəkətinin qeydiyyatının aparılmasını təmin edir;
  • Malların mədaxil və məxaric qaimələrinin yazılmasına nəzarət edir;
  • Kassa əməliyyatlarının qeydiyyatının aparılmasına nəzarət edir;
  • Müvafiq müxabirləşmələrə nəzarət edir və cavabdehlik daşıyır.
  • Müəssisənin mənfəət və zərərinin müəyyənləşdirir
  • Aylıq və rüblük hesabatların, illik balansın tərtib edir və müvafiq dövlət orqanlarına təqdim edir.
  • Mühasibatın işini təşkil edir və nəzarət edir;
  • Dövlət orqanlarına təqdim ediləcək hesabatları hazırlayır və tələb olunan müddətlərdə aidiyyatı üzrə təqdim edir;
  • Mühasibatın işçilərinin vəzifə öhdəliklərini müəyyənləşdirir və rəhbərlik ilə razılaşdırırır;
  • Mühasibatın işçilərinin peşqəkarlıq qabiliyyətlərinin artırılması məqsədilə onların kurs və təlimlərə göndərilməsi ardıjıllığını müəyyənləşdirir və rəhbərlik ilə razhılaşdırılır;
  • İşçilərin müəyyən olunmuş vaxtda əmək haqqlarını almasını təşkil edir, sosial və digər müavinətlərin alınmasına nəzarət və təşkil edir;
  • Balans hesabları üzrə təqdim edilmiş aylıq dövriyyə cədvəllərinə nəzarət edir;
  • Aylıq olaraq cəmiyyətin mənfəətini müəyyənlləşdirir;
  • Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və
  • qaydalarına müvafiq şəkildə həyata keçirir.

Tələblər:

  • Ali iqtisadi təhsili
  • Azərbaycan, rus , ingilis dillərini tələb olunan səviyyədə bilmək;
  • Mühasibat proqramlarını bilmək və kompüterdə işləmək bacarığı
  • Mühasibatlıq üzrə ən azı 3 il staj

Fərdi keyfiyyətlər:

  • Diqqətlilik
  • Məsuliyyətlilik
  • Təşkilatçılıq
  • Səliqəlilik

Məşğulluq: Tam

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə