Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Emsa Baku Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Əmək haqqı hesablarının işlənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Vergi orqanları ilə yazışmalar
  • Vergi və mühasibat uçotunu aparmaq
  • Hesab və elektron qaimə-fakturalarının yazılması
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
  • Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
  • Həm tabeçiliyində olan işçi heyətinə, həm də rəhbərliyə lazım olan dəstəyi vermək
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Görülən bütün əməliyyətların şirkət proqramına işlənilməsi
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
  • Səlahiyyətləri çərçivəsində məsələlərə dair işçilərin sorğularını cavablandırmaq
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək və rəhbərliyə tələb olunan raporların vaxtında təfil verilməsi
  • Rəsmi qeydiyyat

Namizədə tələblər:

  • Ali Təhsil (Maliyyə və Mühasibat Uçotu)
  • Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
  • Microsoft Office proqramlarını, əsasən də Excel proqramını əla səviyyədə bilmək
  • Azərbaycanin Əmək məcəlləsinin ,Vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilmək
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • İnşaat sahəsində iş təcrübəsi üstünlük təşkil edəcək.

Qeyd,Ərazi  bölümünə diqqət yetirməyinizi xahiş edirik.

“Tələblər” bölməsində bütün tələblərə cavab verdiyiniz halda e-mailin mövzu hissəsində “Baş mühasib” yazmaqla şəkilli tərcümeyi-halı,(CV) göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı