Qısa məzmun
AzerFloat Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
İş yeri: Azerfloat QSC Bakı ofisi
Vəzifə və Öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunun təşkil edilməsi;
- Vergi (ƏDV, ÖMV, Mənfəət, Sadələşdirilmiş, Gəlir, Əmlak,Mədən), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
- Maliyyə nizamına ciddi əməl edilməsinin, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılmasına, amortizasiyası və təmir xərclərinə nəzarət edilməsi;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış formada tərtib edilməsində iştirak etməsi;
- Təhtəlhesab, balans, avans hesabatının aparılması;
- Debitor və kreditor borclara nəzarət edilməsi
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət edilməsi;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmaların aparılması;
- Mühasibatlıq departamentinin işçilərinin iş keyfiyyətinə nəzarət, effektiv iş bölgüsünün aparılması və hədəflərin qoyulmasının təmin edilməsi;
- Mühasibat işinin səmərəli təşkilinin təminatı üçün zəruri daxili nəzarət sisteminin qurulması və idarə olunması;
- Daxili və kənar audit zamanı audit prosesinə zəruri dəstəyin göstərilməsi;
Tələblər:
- Ali İqtisadi təhsil ( Mühasibat uçotu və audit üzrə ali təhsil arzuolunandır );
- Müvafiq vəzifədə istehsalat müəssisələrində minimum 5 il iş təcrübəsi;
- Vergi Məcəlləsi və Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə mükəmməl biliklər;
- MS Office (xüsusilə Excel);
- ERP –SAP proqramında işləmək bacarığı;
- ACCA imtahanlarında uğurlu nəticə;
- Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzu olunandır);
- Maliyyə, hesabatlılıq və daxili nəzarət mövzuları üzrə sertifikasiyalar arzuolunandır;
Xüsusi bacarıqlar:
- Komandada işləmək bacarığı və işi təşkil etmə bacarığı;
- Etibarlılıq və dürüstlük;
- Düzgün analiz edə bilmə bacarığı;
- Analitik və tənqidi düşünmə bacarığı;
- Detallara diqqət yetirə bilmək;
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 – 18:00;
- Tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə vəzifənin adını yazıb recruitment@azerfloat.az email ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...